Məşhur türk aktyora həbs şoku

Türkiyənin ən məşhur aktyorlarından biri, komik Şafak Sezer ötən il "Alemin Kıralı" serialının çəkilişlərində operator Kemal Arslanla dalaşmışdı. Milli.Az AHT-yə istinadən bildirir ki, aktyor operatora hücum etmiş, söymüş, sonra da yumruqlayaraq qulağını yaralamışdı.
Olayla bağlı istintaq başa çatıb. İstanbulun Bakırköy Cumhuriyyət Prokurorluğu Şafak Sezerə "qəsdən adam yaralamaq" suçu ilə 3 il, "təhqir və xuliqanlıq" suçu iləsə 2 il həbs cəzası tələb edib. Aktyor xəstə olduğunu bildirərək məhkəmənin ilk iclasına qatılmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31