Castin Biberin avtobusundan nəşə və tapança çıxdı

Dünyaca məşhur kanadalı müğənni, 19 yaşlı Castin Biberin avtobusunda narkotik maddələr və elektroşok tapançanın tapıldığı bildirilir. Milli.Az TMZ-yə istinadən bildirir ki, İsveçin paytaxtı Stkoholmda polislər konsert zamanı müğənninin avtobusunda axtarış aparıblar. "Castin Biber səhnədə oxuyanda atvobusun yanında keşik çəkən polis zabitlərindən biri narkotik maddələrin güclü qoxusunu hiss edib. Axtarış aparılıb və içində nəşəyə bənzər maddə olan bağlama tapılıb.
Bağlama ekspertizaya göndərilib. Bundan başqa, nəqliyyat vasitəsində rəsmi qeydiyyatdan keçirilməmiş elektroşoker də vardı", - Stokholm polisinin nümayəndəsi Lars Baystrom deyib. Faktla bağlı həbslər aparılmayıb. Daha sonra polislər Biberin qrim otağında axtarış aparıblar. Orada yasaq heç nə tapılmayıb. Castin Biber heç bir maneə olmadan Stokholmu tərk edərək Finlandiyanın paytaxtı Helsinkiyə yollanıb. Bu gün o, Helsinkidəki Hartwall Areena-da konsert verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31