Azərbaycan musiqisi naminə peşəkarların birləşməsi
Azərbaycan musiqisi naminə peşəkarların birləşməsi
28 İyul 2020 12:48 MədəniyyətMədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən "Bədii təhsildə kadr miqrasiyası: mülahizələr və perspektivlər" adlı beynəlxalq vebinar təşkil edilib. Dünyanın 10 ölkəsindən olan və bədii təhsilə cəlb olunmuş azərbaycanlı mütəxəssislər bir araya gəlib və peşəkar fikir mübadiləsi aparıblar.
Olaylar.az bildirir ki, Üzeyir Hacıybəyliyə həsr olunmuş videoçarxın nümayişi ilə başlanmış vebinarda müxtəlif ölkələrdə peşəkar musiqi və pedaqoji fəaliyyət ilə məşğul olan azərbaycanlıların fəal iştirakı ilə ölkəmizdə uşaq musiqi məktəblərinin inkişafına xidmət edə biləcək perspektiv layihələrdən söhbət açılıb.
Fikir mübadiləsində iştirak edən Elcan Rzayev, Frangiz Bağırova,, Rasim Fərziyev, Səadət Fərziyeva, Rafiq Rüstəmov, Oqtay Zeynalov, Xədicə Zeynalova, Turan Manafzadə, Yusif Savalan, Elvina Qurbanova, Abuzər Manafzadə, Sandi Alem Anvar, Vüsalə Yusif, İsmayıl Hacıyev və Pikə Axundova qaldırılmış mövzu ilə əlaqədar öz maraqlı mülahizə və təkliflərini səsləndiriblər.
Tədbirin moderatoru Mərkəzin sektor müdiri Nadir Məmmədov eyni zamanda Bakı şəhər Uşaq Musiqi və İncəsənət Məktəblərinin rəhbərlərini tədbir iştirakçılarına təqdim edərək, aparılan müzakirələr çərçivəsində onların da fikirlərini alıb Çıxış edənlər həm Azərbaycanda fəaliyyət göstərən bədii təhsil məktəblərində təlim-tədris prosesinin üstünlükləri və çatışmazlıqlarının, həmçinin digər dövlətlərdəki musiqi təhsilinin hansı səviyyədə olmağının və Azərbaycanda bədii təhsil məktəblərində tədbiq edilə yeniliklərin bu sahədə olan mövcud inkişafa müsbət təsir edəcəyindən bəhs etdilər.
Vebinarın sonunda çıxış etmiş Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev mövcud formatdakı tədbirin ilk dəfə təşkil olduğunu bildirərək, dünyanın 10 ölkəsindən olan azərbaycanlıların bir araya toplanması faktını əlamətdar hal kimi qiymətləndirdi. Prezidentin təşəbbüsü ilə başlanmış islahatların qarşısında duran strateji hədəflərdən biri məhz Azərbaycanda müxtəlif sahələr üzrə peşəkar və rəqabətə davamlı kadrların yetişdirməsindən ibarət olduğunu yada salan A.Usubəliyev, musiqi və bədii təhsil kimi sahələrin sözügedən kontekstdə özəl çəkiyə malik olduğunu vurğulanıb.
.png)
.png)