Fərid Maltaya yola düşüb
Azərbaycanı İsveçin paytaxtı Malmö şəhərində təşkil ediləcək 58-ci “Eurovision” mahnı müsabiqəsi üçün təmsil edəcək Fərid Məmmədov Maltaya yola düşüb
25 Aprel 2013 19:37 Mədəniyyət"OLAYLAR"ın ifaçının "Facebook"dakı rəsmi səhifəsində yerləşdirdiyi informasiyaya istinadən verdiyi məlumata görə, üç gün ərzində Maltada olacaq Fərid yerli müğənnilərimizin də bu ölkədə böyük rəğbətlə qarşılandığını qeyd edib. Səfər çərçivəsində təmsilçimiz bu ölkənin müxtəlif telekanallarında yayımlanan proqramlar üçün müsahibələr də verəcək. Bundan başqa ifaçının bu ölkənin müxtəlif məkanlarında çıxışı da gözlənilir. Səfərin fərqli bir özəlliyi isə Fəridin bu ölkənin məşhur fotoqrafı ilə "Gvida" jurnalı üçün fotosessiyalar etdirmək niyyətidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31