Məşhur müğənni Ozan Bakıya gələcək
Bu haqda müğənninin “Facebook” rəsmi səhifəsində məlumat verilib
25 Aprel 2013 19:22 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Sönmüyor Ateşimiz", "Boşuna-Boşuna", "Arkadaş", "Malum", "Yansın Dünya " kimi bir çox hit mahnıların ifaçısı müğənni Ozan ilk dəfə olaraq Bakıya gələcək. 25 avqust tarixində Bakıda sevənləri ilə görüşəcək müğənni onları yeni ifaları ilə də sevindirəcək. Qeyd edək ki, ifaçının səfəri ilə əlaqədar daha ətraflı məlumat hələ ki, yayılmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31