800 türk lirəsi verib 10 klio balıq aldı

Hər zaman çox miqdarda qida qəbul etməklə gündəmdən düşməyən məşhur müğənni Bülent Ersoy bu dəfə də 10 kilo balıq sifariş etdi

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məkanların birində fərqli zövqlə hazırlanan balıq yeməyindən sifariş edən Bülent Ersoy bundan sonra şam yeməyi üçün modelyer Nur Yerlitaşın evinə yollanıb. Balığı hissələrə böldürən müğənni axşam ziyafəti üçün göyərti də almağı unutmayıb. Sevimli rəfiqəsi Nur Yerlitaş ilə şam edən Bülentin 10 kiloluq balığı dostu ilə birgə yeməsindən daha çox onun balıq üçün nə qədər vəsait xərcləməsi maraq doğurub. Müğənni jurnalistlərə verdiyi açıqlamasında sifariş etdiyi balıq yeməyinə 800 türk lirəsi xərclədiyini dedi.  Qeyd edək ki, Türkiyənin divası bundan öncə də həmkarları ilə yarışa çıxaraq yemək yeməkdə hər kəsdən öndə olduğunu sübut etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31