Brilliant Dadaşova yenə də od püskürdü
Son zamanlar Aygün Kazımova ilə münasibətləri gərginləşən Xalq artisti yanında dayanan hər müğənni ilə dost olmadığını vurğulayıb
25 Aprel 2013 18:09 Mədəniyyət"OLAYLAR"ın xalq artistinin "Facebook"dakı rəsmi səhifəsinə istinadən verdiyi məlumata görə, müğənni bu dəfə də fərqli statusla diqqət çəkib: "Konsert və dövlət tədbirlərində kameraları görür-görməz səhnə arxasında yanımda dayanan müğənni ilə şəkillərimi çəkib bizi tamaşaçılara rəfiqə kimi təqdim edirlər. Mən hər fürsətdə çox mədəni şəkildə yalnız Zülfiyyə Xanbabayeva ilə illərdir ki, dost olmağımızı izah etməyə çalışmışam. Çünki həyat tərzimiz, dünyaya baxışımız bənzərdir. Amma dost olmadığım müğənni ilə düşmən də deyiləm. Bundan sonra da hansı müğənni istəyirsə konsert və tədbirlərdə gəlib yanımda dura bilər. Mən buna etiraz da etməyəcəyəm".