Əliqismət Lalayev: "Avropada heç belə teatr yoxdur"

Adı dəyişilən Musiqili Komediya Teatrında ciddi dəyişiklər olacaq

Musiqili Komediya Teatrının adı dəyişdirilərək Musiqili Teatr olması ilə bağlı teatrda bir sıra dəyişikliklər olacaq. Musiqili Teatrın direktoru Əliqismət Lalayev ANS PRESS-ə müsahibəsində bundan sonra teatrda fərqli tamaşaların hazırlanacağını deyib: "Teatrda nümayiş olunan tamaşaları çərçivədə saxlayırdıq, ancaq komediya janrında olan tamaşalar hazırlanırdı. Biz hesab edirik ki, bu gün Musiqili Teatr o deməkdir ki, onun səhnəsində başqa janrlarda olan tamaşalar da hazırlana bilər. Burada müəyyən faciə də ola bilər, yeri gələndə, musiqi də hazırlanacaq. Musiqili Teatrın adı müxtəlif janrlarda olan tamaşaları nümayiş etdirməyə imkan yaradacaq".

Əliqismət Lalayevin sözlərinə görə, Musiqili Teatrın yeni binası digər teatrların binasından fərqlənəcək: "Yaxın vaxtlarda yenin binaya köçəcəyik. Çox möhtəşəm bir bina alınıb. Avropa standartlarına nəinki uyğun, mən deyərdim ki, Avropada heç belə teatr yoxdur. İstər tamaşaçılar üçün, istər də kollektiv üçün imkanlar həddən artıq çoxalıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31