"Biz hamı kimi" sərgisi

6, 7 və 8 may Muzey Mərkəzində "Biz hamı kimi" xeyriyyə sərgisi keçiriləcək. Sərgi ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilib. Sərgidə üç istedadlı Azərbaycan rəssamının işləri təqdim ediləcək: Abbas Məmmədov, Vasif Hüseynov və Camal Hüseynov. Tədbir Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə keçirilir. "Biz hamı kimi" sərgisi xeyriyyə xarakterlidir və arzuedənlər əsərləri əldə edə bilər. Bütün əldə edilən vəsait Azərbaycan Daun sindromlu insanlar asossiasiyasına veriləcək.
Abbas Məmmədov, Vasif Hüseynov və Cavid Hüseynov Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin Rəssamlıq fakultəsinin və Azərbaycan Rəssamlıq Akademiyasının məzunlarıdır. Onların işləri nəinki Azərbaycanda, həm də xaricdə sərgilənib. Sərginin təntənəli açılışı 6 may 19:00-da olacaq. Xeyriyyə sərgisinin açılışına giriş ciddi olaraq dəvətnaməylədir. 7 və 8 may sərgiyə giriş sərbəstdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31