Mayın 1-də Bakıda TRT-nin 49-cu ildönümü qeyd olunacaq

Heydər Əliyev adına Sarayda təşkil ediləcək konsert proqramı TRT nin 3 kanalı və İctimai Televizya ilə canlı yayımlanacaq

Mayın 1-də Heydər Əliyev adına Sarayda TRT-nin yaranmasının 49-cu ildönümü qeyd ediləcək.  Türkiyənin ən məşhur musiqi ansambllarından biri olan "Axşam səfası" tədbirdə konsert proqramı ilə çıxış edəcək. TRT-nin Bakı bürosunun təmsilçisi Yüksəl Dəyərcanın sözlərinə görə konsertdə Azərbaycanın dünya şöhrətli muğam ustası Alim Qasımov, Əməkdar artist Tünzalə Ağayeva və Türkiyənin Azərbaycanda yaşayan opera sənətçisi Oya Ərgün də iştirak edəcəklər. Türkiyənin Azərbaycandakı səfirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, "İstanbul Shoping Fest"in sponsorluğu ilə təşkil ediləcək konsert proqramı TRT nin 3 kanalı və İctimai Televizya ilə canlı yayımlanacaq. Tədbirdə siyasət, incəsənət, mədəniyyət, media nümayəndələri , iş adamları ,diplomatlarla yanaşı Azərbaycan və Türkiyə vətəndaşları iştirak edəcəklər. Azərbaycan Prezident Administrasiyasının dəvəti ilə Bakıda rəsmi səfərdə olan TRT-nin baş direktoru İbrahim Şahin də qonaqlar arasında olacaq. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31