Əməkdar artist Sabir Məmmədov cinayət törətdi

Tamaşaçıların böyük maraqla izlədiyi "Məhkumlar" bədii televiziya serialının 29-cu bölümü də intriqa və həyəcan dolu hadisələrlə zəngindir. Belə ki, bu seriyada iki qatı düşmən - Adil və Bəhram istintaqda üzləşdirilir. Bəhram Adilin əleyhinə istintaqa verdiyi əvvəlki ifadədən imtina edərək ondan şikayətçi olmadığını bildirir. Adil də Bəhramı yalnız bacısının qaynatası kimi tanıdığını və uzun illərdir ki, onunla heç bir əlaqəsi olmadığını söyləyir. Leyla Xuramanın Adili həbs etdirməsinə etiraz olaraq hətta anasıyla vidalaşmadan ölkəni tərk edib Avropaya gedir. Dünyaya yeni bir uşaq gəlir və bu körpənin anası - Solmaz xəstəxanada həyatını itirir.

Və... Azərbaycan Respublikasının Əməkdar artisti Sabir Məmmədov - Zər Şahmar bu seriyanın ən həyəcanverici epizodlarından birində cinayət törədir. O, mafiya başçısı, vaxtilə qızı Şəbnəmi qumarda uduzduğu Tahirə qarşı qəsd edərək aradan çıxır. Bu və digər intriqa dolu hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, bu axşam saat 19.15-də "Məhkumlar" serialının 29-cu bölümünü ATV kanalında izləməyi unutmayın.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31