Musa Musayev vəsiyyətnamə yazdı

Son günlərdə ailə qalmaqalları ilə gündəmə gələn müğənni Musa Musayev vəsiyyətnamə yazıb.Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, buna səbəb müğənninin son dövrlər özünü yaxşı hiss etməməsidir. Ürəyində güclü ağrılar olur. Bu səbəbdən qorxur ki, vəsiyyətnamə yazmağa vaxtı çatmaz."Bilirəm ki, mənə nəsə olsa, heç kimə lazım olmayacam. Anam və qardaşlarım məndən üz döndəriblər. Onlar məni heç görmək də istəmirlər. Yalnız həyat yoldaşım Təranə məni həyatımın ağır anlarında dəstəkləyir. Nəyim varsa, hamısını ona vəsiyyət edirəm", - o ANS telekanalının "Şoubiz" verilişinə deyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31