Rusiyanın ən açıq-saçıq layihəsinin iştirakçısı Bakıya gəlir (FOTO, VİDEO)

Viktor Röya ilə görüşməyi planlaşdırır

Rusiya şou-biznesinin ən açıq-saçıq "Yorkland" (Daniel York & Victor Brilliantoviy) lahiyəsinin sabiq iştirakçısı Viktor Brilliyantoviy Bakı konsertinə hazırlığını davam etdirir. Onun PR meneceri Ruslan Qromovun ANS PRESS-ə bildirdiyinə görə, bu münasibətlə Viktor Azərbaycan dilində trek hazırlayır. Daha öncə xəbər verdiyimiz kimi bu ifaçının Azərbaycana ilk səfəridir.Viktor Bakı konsertinə böyük həvəslə hazırlaşdığını deyir: "Bakıda yaşayan dostlarımdan bu gözəl şəhər haqqında çox eşitmişəm. Tezliklə Bakıya baş çəkmək arzusundayam. Arzu olunan nəticəyə nail olmaq üçün komandam əlindən gələni edəcək. Bu müddət ərzində hətta Azərbaycan dilində bir neçə söz də öyrənmişəm. Doğrudur onlar senzuraya uyğun deyil. "Yorkland" lahiyəsindən ayrılmağımdan təəssüflənirəm. Daniel ilə çox sayda birgə planlarımız olub. Lakin hazırda ayrılıqda çalışırıq. Ona uğurlar arzulayıram, yaratdığı video tərifə layiqdir! "Yorklan"dın pərəstişkarlarına bildirmək istəyirəm ki, yaxın zamanlarda "Welcom to Yorkland" albomundan olan mahnılardan birinin remiksi onlara təqdim olunacaq."Azərbaycanda olduğu müddət ərzində Viktor onun ən sevimli Azərbaycan ifaçısı olan Röya Ayxanla görüşməyi planlaşdırır. Hal-hazırda klipin çəkilişləri davam edir. Hələlik isə internetdə klipin tizer-videosunu izləmək mümkündür!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31