Striptiz göstərmək istəyən Hülya Avşar naziri tənqid etdi

Aktrisa gecə saatlarında restoranda şam edərkən medianın gözündən yayına bilməyib

Türkiyəli aktrisa Hülya Avşar gecə saatlarında restoranda şam edərkən medianın gözündən yayına bilməyib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sənətçi jurnalistlərin suallarını cavablandırarkən Belqrad meşəsində getdiyi istirahət mərkəzinin bağlanmasından şikayətlənib: "Çox əsəbiyəm. İllərdir insanların ailəsi ilə birlikdə istirahət üçün getdiyi meşənin restoran hissəsi bağlanır. Oradakı adamlar tez-tələsik işdən çıxarılır. Meşəyə getmək şansımız sıfıra bərabərdir. Belə haqsızlıqlara dözə bilmirəm. Bir qadına, sənətçiyə olduqca hörmətsiz davranan nazirimiz var. Əgər qapısına gedib, sual veririksə, cavablandırmaq məcburiyyətindədir. Veysəl bəy (Türkiyənin meşə və su naziri Veysəl Əroğlunu) son dərəcə səhv yoldadır".
"Saçlarınız ağarıb" deyən müxbirə sərt cavab verən Hülya Avşar onları heç vaxt rənglətmədiyini açıqlayıb: "Sən də keçəlsən. Mən sənə nəsə deyirəm?!"
Avtomobilinə oturarkən ətrafdan gələn musiqi səsinə aktrisa maraqlı fikir bildirib: "Musiqini dinləyin, necə gözəl ifa edir. İndi burada striptiz göstərərdim. Musiqi insanı heyran edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31