Serdar Ortaç bu dəfə qumar oynamasını inkar etdi
Türkiyə estradasının tanınmış ifaçısı Serdar Ortaç ötən gün 20 il ərzində qumar oynayaraq 50 milyonluq sərvətini itiridiyini desə də, ona söylənilən sərt fikirlərə görə öncə dediyini inkar edib
24 Aprel 2013 18:48 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni ötən günlərdə otellərin birində təşkil olunan konsertində "20 il ərzində qumar oynayaraq itirdiyim 50 milyona görə, heyifislənirəm" demişdir. Bundan sonra haqqında arzuolunmaz fikirlərin səsləndiyini eşidən ifaçı yalanını belə ört-basdır edib: "Konsert verərkən ətrafımdakıların qumar oynadığın gördüm. Buna görə, zarafatca belə bir fikir uydurdum. Bu bir zarafat idi. Həqiqətən də qumarda böyük məbləğ əldə etmək olmur. Bu boş-mənasız işdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31