Nizami Cəfərov: "Turizm Nazirliyi buna qadağa qoyub"

"Mədəniyyət xadimləri arasında qarşılıqlı təhqir və məhkəmə çəkişmələri ilə bağlı ayrıca qanun layihəsi hazırlamağa ehtiyac yoxdu" SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, xalq artisti, xalq şairi olmasından asılı olmayaraq heç kəs bir-birini təhqir edə bilməz: "Ancaq sənət səviyyəsində müzakirələr aparıla bilər. Hansısa müğənni digərinin sənətini qəbul etməyə bilər. Tarix boyu belə olub. Bununla bağlı ayrıca qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur. Çünki onlar insandırlar, gərək bunu etməsinlər. Əgər edərlərsə, məhkəmələr var. Bəzən populyar olan bir sənətkar özü üçün adi insanlardan fərqli olan xüsusi bir hüquq tələb edir. Bu, yolverilməzdir".  N.Cəfərov həmçinin qeyd edib ki, fonoqramla oxuyan müğənnilərə qarşı inzibati tədbir tətbiq etmək olmaz: "Bu konsertin təşkilatçılarından asılıdır. Dövlət əhəmiyyətli konsertlərdə fonoqramdan istifadə olunmur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən buna qadağa qoyulub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31