Alişana cavab verdi: “Mənim, qadınımın namusuna söz atana hər şey edərəm”
24 Aprel 2013 14:20 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Aramızda qalsın" proqramında həyat yoldaşı ilə birgə qonaq olan Okan Alişan haqda bu fikirləri səsləndirib: "Demeti ilk dəfə görəndə onunla evlənəcəyimi qətiləşdirmişdim. Ondan çox xoşum gəlirdi. Alişanla da yaxın dost idi. Amma o bizim münasibətlərə hər zaman mane olmağa çalışırdı. Namusdan danışan birisi, niyə kiminsə işinə əngəl olur? Mənim, qadınımın namusuna söz atana hər şey edə bilərəm". Okan Kurt hətta Alişanı duelə də dəvət edib: "O gün cavabını vermək üçün onunla görüş təyin etdim. Niyə gəlmədi. İş yerimi də ona demişəm. Nə vaxt istəyirsə təkbətək onun qarşısına çıxmağa hazıram". Demet Akalın isə bu mövzu haqda sadəcə belə münasibət bildirib: "Alişanla hər çey bitib.Yenidən həyatıma girməyini istəmirəm. Bu söhbəti birdəfəlik bağlamaq istəyirəm. Mən danışsam, pis danışacağam".