Flora Kərimova: "İlhamə qorxaqdır"

Xalq artisti İlhamə Quliyevaya dəstək verənlərin adlarını açıqlayacaq

"Bütün incəsənət aləmində gücü çatana əl qaldıran İlhamə, əslində isə, özü də çox qorxaqdır". Xalq artisti Flora Kərimova belə düşünür.
Uzun illərdi xalq artisti İlhamə Quliyeva ilə düşmən münasibətdə olan Flora Kərimova moderator.az-a müsahibəsində belə deyib: "İlhamə Quliyeva cavanların xasiyyətlərini dəyişmək, qul etmək istəyir, onları sındırır. Elə şirnikib ki, insanlara özünü sırıya-sırıya millətin də xasiyyətini dəyişmək fikrinə düşüb. Ona dəstək verənin insafı var, ya yox? O görmür ki, cavanlar çabalayır?
Bütün incəsənət aləmində gücü çatana əl qaldıran İlhamə, əslində isə, özü də çox qorxacaqdır. Üstünə gedəndə geri çəkilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31