Günel Məhərrəmova “Ruhum sənlə”yə ekran həyatı verib VIDEO

Müğənni Günel Məhərrəmova yeni klip çəkdirib. Müğənninin prodüseri Səbuhi Arifin "Azadinform"a dediyinə görə, "Ruhum sənlə" adlı mahnının ekran versiyası artıq hazırdır: "Klip qısa müddətdə tamaşaçılara təqdim olunacaq. Bu mahnı tamaşaçılara təqdim olunan gündən çox sevildi. İnanırıq ki, mahnı kimi klip də tamaşaçılar tərəfindən çox bəyəniləcək".

Qeyd edək ki, mahnının sözləri və musiqisi Tunar Rəhmanoğluna, aranjemanı Rəşad Bağırova məxsusdur. Klipin rejissoru Günel Məhərrəmova, operator Elçin Abbasov, montaj edən Rəşad Həsənovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31