Alişan: “...Demetlə yan-yana görərsə üzümə tüpürər”

Türkiyə şou-biznesində Alişan-Demet “müharibə”si davam edir

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qatıldığı proqramların birində qonaq olan Alişan münasibətləri qırılan Demet haqda inanılmaz sərt fikirlər səsləndirib: "Məni bir daha kimsə Demetlə yan-yana görərsə üzümə tüpürər". Həmkarı haqda sərt fikirlər səsləndirən Alişan qatıldığı proqramda Demetlə münasibətlərin qırılmasının səbələrindən də danışıb: "Demetə həyat yoldaşı Okan Kurt haqda bəzi fikirlər demişdim. O, mənim bacım, qardaşım, dostum idi. Onu dost bildiyim üçün açıq-aşkar ona bəzi şeyləri başa salmağa çalışdım. Amma bundan sonra onunla heç vaxt barışmayacağam. Qərarım qətidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31