Azərbaycanlı sənətçi boşanma xəbərindən danışdı VIDEO
Aşıq Zülfiyyə məsələyə aydınlıq gətirdi
23 Aprel 2013 17:08 MədəniyyətAşıq Zülfiyyə "boşanmasından" danışdı. ANS PRESS-in məlumatına görə, bir neçə il öncə mətbuatda boşanma xəbərləri yayılan Aşıq Zülfiyyə İlqar Mikayıloğlunun aparıcılıq etdiyi "Günə Baxan" verilişində məsələyə aydınlıq gətirdi: "O zaman yanlışlıqdan yazılan xəbər yenidən gündəmə gəlib. Bu yaxınlarda verilişlərin birində həmin dırnaqarası boşanma xəbərimizə toxunuldu. Zarafatyana bəzi ifadələr işlətdim. Həmin o cümlələr verilişin anonslarına verildi və bizim o boşanma söz-söhbətimiz gündəmə gəldi. Əslində isə bizim ailədə elə bir şey olmayıb. Həm yoldaşım, həm də mən özüm elə bir ailədə tərbiyə almışıq ki, elə bir şey etmərik. Mənim o evdən yalnız meyidim çıxar. Bizi yalnız ölüm ayıra bilər."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31