Brilliant Dadaşova: “…mənim qatarım gedir”

İlk olaraq “OLAYLAR” vasitəsilə xəbər verilən Briliant Dadaşovanın həmkarları ilə “müharibə”si “Facebook” sosial şəbəkəsində də davam edir

Bir müddət bundan öncə hansısa titula layiq görülmək üçün Türkiyəyə getmədiyini deyərək Aygün Kazımova və Röyaya ismarıc yollayan xalq artisti səhifəsində onun haqqında yazılan "qatarı gedib" məsləsinə də özünəməxsus tərzdə cavab verib: "Əziz, FB dostlarım, bu "Qatarı gedib" məsələsinə nədən belə əsəbləşirsiniz? Burda həyatın qaynadığını, səviyyəli musiqini, mədəni insanların dialoqunu görüb, ciyərinin içinə qədər yanıb, məcburən mənim profilimdə "qatar"dan danışanlar əslində haqlıdırlar. Səhnəyə qədəm qoyduğum gündən çox şükür, musiqini mükəmməl bildiyim üçün qatarım gedir. Özü də Allahın rizası ilə, kosmik sürətlə. Çox şükür də ki, dünyanı da dolaşır. Vay, burda cəsurlarını oturdan, media, ucuz və bəsit olaylarla "müğənni" olub öz qatarını zorla, piyada, əlləri ilə arxadan itələyənlərin halına".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31