"Pişik qadın"-inanılmaz hərəkətlər

İctimai televiziyanın yeni baş direktoru kimdir?

Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Cəmil Quliyev seçilib. Milli.Az xəbər verir ki, Quliyev Cəmil Elşad oğlu 1963-cü ildə Bakı şəhərində anadan olub.
Ümumittifaq Kinematoqrafya İnstitutunda kinorejissorluq ixtisası üzrə təhsil alıb. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Bir neçə bədii, sənədli, qısametrajlı bədii filmin, "Mozalan" satirik jurnalının bədii süjetlərinin müəllifidir. Quruluş verdiyi filmlər bir neçə xarici festivalda iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimidir.
Azərbaycan Dövlət Film Fondunun direktoru, Mədəniyyət kanalının baş direktorudur.
2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi seçilib.
Professor Elşad Quliyevin oğludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31