Vasif Məhərrəmli toyu haqda danışmaqdan imtina etdi

Müğənni ailə həyatı quracağı xanımı və toyun keçiriləcəyi tarix haqda danışmayacağını dedi

"OLAYLAR"ın verdiyi məlumata görə, bu haqda heç bir məlumat vermək istəmədiyini söyləyən müğənni sadəcə bu fikri səsləndirib: "Heç nə danışmaq istəmirəm. Nə toyun tarixi, nə də ki, gələcək xanımım haqda" . Qeyd edək ki, xəbər portallarının birində müğənninin toyunun mayın 3-də Qazax rayonunda keçiriləcəyi yazılıb. Bundan başqa xəbərdə müğənninin Bakıda toy etməyəcəyi, ailə həyatı quracağı xanımın isə qohumu olduğu qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31