Rəhim Rəhimli söz verdi: “Mən, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva…”
23 Aprel 2013 13:27 MədəniyyətXəbər verdiyimiz kimi Halil Sezai aprelin 27-də Bakıda konsert proqramı ilə çıxış edəcək. Publika.Az-ın məlumatına görə, konsertin xüsusi qonaqları xalq artisti Aygün Kazımova, Zülfiyyə Xanbabayeva və Rəhim Rəhimli olacaq.
Bu barədə Rəhim Rəhimli danışıb: "Mən, Zülfiyyə Xanbabayeva və Aygün Kazımova Halil Sezainin konsertində mütləq iştirak edəcəyik".
Konsertin təşkilatçısı Samir Xattab deyilənləri təsdiqləyib. Eyni zamanda bildirib ki, konsertin digər qonaqları "Dostlar" qrupu, Dj China, Dj Seym və DJ Razy Freeman olacaq.
Qeyd edək ki, konsert Elit Ticarət və Əyləncə Mərkəzində keçiriləcək. Musiqili gecənin aparıcıları Ramin İbrahimov və Günel Hümbətovadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31