Castin Biber üçün müsəlman oldular!

Norveçli gənc qızlar islamı qəbul etdilər

Norveçin TV kanalının şou proqramı Castin Biberin konsertinə bilet qazanmaq üçün İslamı qəbul etmək şərti qoyub. ANS PRESS-in məlumatına görə, 19 yaşlı kanadalı gənc müğənni Castin Biberin heyranları bu dəfə də gündəmə gəlməyi bacarıblar.

Norveçdə konsert verməyə hazırlaşan Castin Biberin fanatları ilə TV proqramı kiçik bir zarafat edib. Norveçin küçəsində "Dinini dəyişdirən Castin Biberin konsertinə bilet əldə edəcək" deyən jurnalistlər 5 norveçli gənc qızı aldada biliblər. Biberin konserti üçün dinini dəyişib müsəlman olan gənc qızlar haqqında proqramın aparıcısı Anna Katrin belə fikir bildirib: "Biz sadəcə Biberin heyranlarının onun üçün nələr edə biləcəyini bilmək istədik və nəticəni hamı gördü. Gənc qızlardan makiyajlarını silib, hicab taxmalarını istədikdə, qızlar heç düşünmədən bütün şərtləri qəbul etdilər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31