Könül Kərimovanı efirdə ələ saldılar
Müğənni proqramın sonuna qədər pərtliyini gizlədə bilməyib
23 Aprel 2013 12:47 MədəniyyətATV Televiziyasında yayımlanan şou proqramların birində Könül Kərimovanı ələ salıblar. Publika.Az-ın məlumatına görə, sənətçi xanıma əvvəlcə sürpriz olunacağı vəd olunub. Həyəcan içərisində gözləyən müğənni sonda pərt olub.
Belə ki, dünya ulduzu Beyonsla olan müsahibə montaj olunaraq təqdim edilib. Orada Beyonsun dilindən belə fikirlər səsləndirilib: "Könülü toya birinci mən aparmışam, telefonuna kontur yükləmişəm, hər şeyi məndən öyrənib. Mən Ceysi ilə duet oxudum, o da gedib Cabbarı tapdı, adımı çəkməsin, yoxsa onu ATV-də "zapret"ə saldıraram".
Xoşagəlməz sürprizdən Könülün qanı qaralıb və proqramın sonuna qədər pərtliyini gizlədə bilməyib. Xatırladaq ki, Könül Kərimovanın "Beyonsu özümə rəqib görmürəm" sözlərini demişdi.