Nazpəri Dostəliyeva: “İlhamə Quliyeva ilə aramızda nifaq salan…”
O, da günahı jurnalistlərdə gördü
23 Aprel 2013 11:46 MədəniyyətXalq artisti Nazpəri Dostəliyevaya AzTV-də qadağa qoyulduğu barədə yayılan xəbərlərə Publika.Az vasitəsi ilə aydınlıq gətirib:
"Bu tamamilə həqiqətə uyğun olmayan, yanlış bir xəbərdir. Bu barədə məndən bir jurnalist soruşmuşdu, mən də ona xəbərin doğru olmadığını demişdim. Onu da yazıblar ki, guya mənə qoyulan qadağadan İlhamə Quliyevanın da xəbəri var. Deməli mənimlə İlhamə Quliyeva arasında nifaq salan da elə bu cür jurnalistlərdir. Mənim Dövlət Televiziyamıza böyük hörmətim var, həmişə o kanalın tədbirlərində iştirak etmişəm və bundan sonra da edəcəyəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31