Rafet El Roman: “Hamilə qoyaraq tərk etdiyim xidmətçi kimdir?”
Bir neçə gün bundan öncə ayrıldığı sevgilisi Cerenin atasının müğənni Rafet El Roman haqda sərt fikirlər səsləndirməsinə qarşı tərəf də cavab verdi
22 Aprel 2013 19:25 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nişanlı olduğu, daha sonra qızlarının istəyi ilə Cerendən ayırlan müğənni atasının "mən onu tanıyırdım. Hər kəs Rafetin kim olduğunu bilir. Bir tək qızım bilmirdi, o da sonunda bildi. Öz xidmətçisini hamilə qoyan birindən bundan artıq nə gözləmək olar?" deyə səsləndirdiyi fikirlərə münasibət bildirib: "Atilla Kaplkarslan mənə və ailəmə qarşı şər-böhtan atır. Bunu niyə elədiyini başa düşə bilmirəm. Qızı ilə çox gözəl münasibətlərimiz oldu. Sonda da mədəni formada ayrıldıq. Hamilə qoyaraq tərk etdiyim xidmətçi kimdir, onu mənə göstərsin. Mən belə şeyi nə vaxt, harda etmişəm? Mənim şəxsiyyətimə, sənətimə qarşı uydurduğu bu fikirlərə görə məhkəmə qarşısnda cavab verəcək. Artıq özümə bu işlə əlaqədar vəkil də tutmuşam".