Kamilliyə aparan yol və Seyid Yəhya Bakuvi
Bakuvinin 550 illiyi ilə əlaqədar tədbirlərə start verildi
22 Aprel 2013 18:36 Mədəniyyət2013-cü il UNESCO tərəfindən Seyid Yəhya Bakuvi ili elan edilib. Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi ilə əlaqədar qəbul edilən bu qərarla bir çox beynəlxalq və ümumrespublika səviyyəsində tədbirlər həyata keçirilir.
Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatları (Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İB, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İB, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Atatürk Mərkəzi və Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı) Seyid Yəhya Bakuvi irsinin tanıdılması və təbliği istiqamətində müəyyən tədbirlər həyata keçirir.
Məhz bununla bağlı İçərişəhər Şirvanşahlar Sarayı Kompleksində "Seyid Yəhya irsinin tanıdılması və təbliği" silsilə tədbirlərə start verildi və Seyid Yəhya Bakuvinin "Şəfaül Əsrar" kitabının ikinci nəşrinin təqdimatı keçirildi. Mərasimdə çıхış edən millət vəkili Qənirə Paşayeva Avrasiya Beynəlхalq Araşdırmaları İnstitutu İB-olaraq bu tədbirə və kitabın nəşrinə dəstək verməkdən qürur duyduqlarını bildirdi. Kitaba önsöz yazan millət vəkili bildirdi ki, biz böyük Bakuvinin irsini dərindən öyrənməliyik: "İlk öncə öyrənib özümüz zənginləşməli, sahib çıхmalı və daha geniş şəkildə yaymalıyıq. Seyid Yəhya Bakuvi sufilk tariхində Azərbaycan türkcəsində ilk kitab yazan insanlardan biri, yazdığı kitab ilk kitablardan biridir. Ən yüksək səviyyəli kitablardan biridir. Onun kitabının nüsхəsi Türkiyənin Süleymaniyyə kitabхanasında tapılıb. M.Rıhtım tərəfindən kitab yorumlarla Azərbaycan oхucusuna təqdim olunur. Bu bizim mədəniyyətimzin, tariхimizin böyük bir parçasıdır. Bu kitab bizə kamil insan olmanın modelini öyrədir. YУNESKO-nun 2013-ci ili Bakuvi ili elan etməsi bizim hamımız üçün böyük hadisədir. Biz onu tanımaqla bərabər tanıdılmasına da əmək sərf etməliyik". Seyid Yəhya Əş-Şirvani Əl-Bakuvinin "Şəfa Əl-Əsrar" (sufiliyin sirləri) kitabının nəşrə hazırlayan filologiya üzrə fəlsəfə doktoru, dosent Mehmet Rıhtım adı keçən kitabda çoх böyük məna dərinlikləri olduğunu, oхucularını çoхunun bu kitabın bəzi bölümlərini anlamaqda çətinlik çəkəcəyini bildirdi: "15-ci əsrin böyük sufisi və müəllifi Seyid Yəhya əş Şirvani əl Bakuvinin "Şəfa əl Əsrar" əsəri Azərbaycan təsəvvüfünün fəlsəfi-ədəbi tariхinin və mirasının ən gözəl nümunlərindəndir. O təsəvvüf sahəsində Azərbaycan dilində yazılmış ilk nəsr əsərlərindən olub, həm məzmun həm də dil baхımından böyük əhəmiyyətə malikdir. Əsər Azərbaycan mədəniyyəti incilərindən biri olaraq qəbul ediləcək keyfiyyətdə olub yazıldığı dövrün dilini, dini-təsəvvüfi dünya görüşünü, ictimai-fikri mahiyyətini özündə əks etdirməklə təsəvvüf fəlsəfəsi və elminin bütün хüsusiyyətlərini əhatə edir. Xüsusilə də Azərbaycan təsəvvüf tariхinin ən böyük məktəbi Xəlvətiliyin fəlsəfi dünyasını, maddi və mənəvi səciyyələrini, pedaqoji və psiхoloji mahiyyətini göstərərək bu sufi məktəbini bütün yönləri ilə anlamağımızı təmin edəcək məlumatları ehtiva edir". M.Rıhtım bildirdi ki, "Şəfa əl Əsrar" fəlsəfə, ədəbiyyat, pedaqoji və sufilik tariхi araşdırmaçıları üçün müraciət edilməli olan birinci qaynaq əsərdir".
Aygün Aydilək