“Planet Parni iz Baku” “Hər gün sirk”ə hazırlaşır

““Hər gün sirk” adlı konsertlə üç gün ərzində Heydər Əliyev adına Respublika Sarayında aprelin 26, 27, 28-i tarixlərində bizi sevənlərin qarşısına gələcəyik”

Bu sözləri  "OLAYLAR"a verdiyi açıqlamasında "Parni İz Baku" KVN teatrının bədii rəhbəri və rejissoru, əməkdar artist Tahir İmanov deyib 

Konsert haqda ətraflı məlumat vermək istəməyən Tahir İmanov bunun səbəbini isə belə izah edib: "Artıq öncəki illər kimi konsert haqda ətraflı məlumat vermirik. Çünki hansısa müğənnini parodiya etdikdə zəng edib bizə hədə-qorxu gəlir, boş-boş sözlər deyir. Bu da bizim işimizə maneə olur, vaxtımızı alır". Həmişə olduğu kimi builki konsertin də uğurlu olacağını söyləyən rejissor yeni nömrələrlə tamaşaçıları sevindirəcəyini söyləyib: "Ümid varam ki, konsert proqramı bu dəfə də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanacaq. Yeni-yeni nömrələr, gündəmdə olan məsələlər, parodiyalarla yenə də tamaşaçıları sevindirəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31