Sərdar Ortaç kişilərə bəraət qazandırdı

Müğənni Sərdar Ortaç ötən gün qatıldığı əyləncə məkanlarının birində sevgilisinə qarşı isti manasibət göstərməklə yanaşı kişilərə bəraət qazandırmağı da unutmayıb

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sevgilsi ilə bol-bol kameralara poza verən müğənni xəyanət mövzusunda da danışıb: "Qadınlar bizim başımızın tacıdır. Düzdür, biz kişilər onlara xəyanət edirik. Amma onlar bunu xəyanət olaraq qəbul etməsinlər. Biz bədənimizlə onlara xəyanət edirik, ruhən yox". Təxminən 800 nəfərlik məkanda üç saat ərzində konsert verən müğənninin irlandiyalı sevgilisi Çloe Loqfanın öpərək ona həyat yoldaşım deməsi də diqqətlərdən yayınmayıb. Müğənni 20 il ərzində qumarda uduzduğu şəxslərə 50 milyon dolları halal edərək pis vərdişdən imtina etdiyini də söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31