Növbəti dəfə ata olan Tatlısəs əvvəl həyat yoldaşları tərəfindən təbrik mesajı almadı
22 Aprel 2013 13:37 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, altıncı dəfə ata olan müğənni İbrahim Tatlısəs bu münasibətlə öncəki həyat yoldaşlarından təbrik mesajı almayıb. Jurnalistlərin suallarını cavablandıran Dərya Tuna "bu nə mənim üçün, nə də oğlum üçün önəmli xəbər deyil. Bizə nə?" deyərkən, Tatlısəsin öncələr nikahda olduğu Perihan Savaş isə sualı "bütün cütlüklərə xoşbəxtlik arzulayıram. Amma İbrahimin növbəti dəfə ata olması münasibətilə onları təbrik etməmişəm. Heç mənim üçün maraqlı da deyil.Qızımın atası ilə zəngləşib, zəngləşmədiyini isə bilmirəm" deyə cavablandırdı. Qeyd edək ki, analarının ayrı olmasına baxmayaraq İbrahim Tatlısəsin digər beş övladı bu vaxtadək hər zaman bir-birləri ilə sıx əlaqədə olublar. Elif Adanın dünyaya gəlişinin onun bacı və qardaşları tərəfindən pis qarşılanmasını gözləməyəcəyini söyləyən Tatlısəs bu haqda belə danışıb: "Sözün düzü, qızımın bu qədər pis qarşılanacağını bilməzdim. Xüsusilə də Perihan Savaşdan belə münasibət gözləmirdim. Mən xəstəxanada olarkən də bütün həyat yoldaşlarım yanımdaydı. Yazıq deyilmi, dilsiz-ağızsız körpəyə? Onsuz da o böyüdükdən sonra bütün bacı-qardaşları onu bağrına basacaq. Ancaq indi elə qanqaraldıcı davranışlara ehtiyac görmürəm".