İlhamə Quliyeva: “Son iyirmi ildə belə toy olmamışdı”
Xalq artisti İlhamə Quliyeva oğlu Orxanın toy mərasimi haqda “OLAYLAR”a danışdı
22 Aprel 2013 13:09 Mədəniyyət"Hər bir ananın ən böyük arzusu övladına toy edərək onu xoşbəxt görməsidir. Orxanın toyu yüksək səviyyədə təşkil olunmuşdu. Hər şey istədiyimizdən, gözlədiyimizdən daha gözəl oldu. Toy mərasimi gözlənilməz sürprizlərlə dolu idi. Mən deyərdim ki, son iyirmi ildə belə toy olmayıb. Dəvət etdiyim ziyalılar, sənət yoldaşlarım, millət vəkilləri mənim xoş günümdə ailəmizin yanında oldu. Öncədən də dediyimiz kimi heç bir çəkilişə icazə verilmədi. Mən on yaşında uşaq deyiləm ki, bununla özümü reklam edim. Toyda iştirak edəcək mötəbər qonaqlar da çəkilişin olmamasını istəyirdilər. Onların da istəklərini nəzərə alaraq heç bir çəkilişə icazə vermədik. Həm də ki, bu mənim ailəmə aid mərasimdir, ailəmin içidir". Xalq artisti şəkillərin müxtəlif saytlarda nə vaxt yayımlanması haqda da danışdı: "Şəkillərin müxtəlif saytlarda yayımı ilə toyun təşkilatçıları məşğul olacaqlar. Mənim bu haqda heç bir məlumatım yoxdur".