İsmayıl Ömərov İTV-dən niyə gedir?
"Mənə belə gəlir ki, qanunda baş direktorun təkrar-təkrar seçilməsi nəzərdə tutulsa da, iki dəfə kifayətdir"
20 Aprel 2013 08:53 Mədəniyyətİctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov telekanalın baş direktorunun seçilməsi ilə bağlı elan olunmuş müsabiqədə iştirak etməyəcək. Bu barədə o, Modern.az-ın sorğusunu cavablandırarkən bildirib."Mənə belə gəlir ki, qanunda baş direktorun təkrar-təkrar seçilməsi nəzərdə tutulsa da, iki dəfə kifayətdir. Əvvəla Yayım Şurasının üzvləri də iki dəfə seçilir. Baş direktor niyə çox seçilməlidir? Mən çox böyük zəhmət, əzab-əziyyət hesabına ərsəyə gəlmiş milli, demokratik şəffaq bir institutun reytinqinə, nüfuzuna baş direktor olmaq xatirinə kölgə sala bilmərəm. Ona görə də namizədliyimi verməyəcəm. Kim seçilsə ona kömək etməyə hazıram. Təki İctimai Teleradionun milli strateji xətti qorunsun", - deyə İ.Ömərov bildirib