Mənsum İbrahimov Biləsuvarda konsert verəcək
19 Aprel 2013 18:37 MədəniyyətBu haqda məlumatı xanəndə "OLAYLAR"a verdiyi açıqlamasında söyləyib: "Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Qarabağ muğam qrupu ilə birgə Biləsuvarda konsertimiz olacaq. Mayda isə bir neçə Avropa və MDB ölkəsinə səfərlərimz gözlənilir. Hələ ki, dəqiq olaraq səfər edəcəyimiz ölkələrin adını açıqlaya bilmərəm". Yeni lent yazıları haqda danışan xanəndə bir müddətdir ki, ifa edilməyən xalq mahnılarını fərqli aranjımanda tamaşaçılara təqdim edəcək: "Müəyyən səfərlər, layihələr olduğu üçün albomla bağlı işləri reallaşdıra bilmirdik. Nəhayət ki, albom hazırlıqlarına başladıq. Hazırda yeni albom üzərində işləyirəm. Artıq alboma daxil olan on-on iki mahnıdan üçü tam hazırdır. Məncə unudulan mahnıları yeni arenjemanda yenidən tamaşaçılara sevdirə biləcəyik. Güman edirəm ki, yayacan həmin albomu muğam sevənlərə təqdim edə biləcəyəm".