Əli Mirəliyev: “Fahişəliyin leqallaşdırılması haqda qanunun qəbulu bizim sonumuzdur”

Milli Məclisdə fahişəliyin leqallaşdırılması ilə bağlı müzakirələrə müğənni Əli Mirəliyev də münasibət bildirib

"Son günlər Musa Musayev-Təranə ilə bağlı xəbərlər gündəmdən düşmür. Bizim uşaqlarımız, gələcəyimiz buna baxıb nə öyrənəcək? Belə tərbiyəsiz işlər, əxlaqsız söhbətlərlə camaatın başını qatmaq olmaz. Hər kəsdə inam hissini öldürüblər. Bu nə deməkdir? Fahişəliyi necə qanuniləşdirmək olar axı. Bu məsələnin iki başı var. Bunun pis təsirlərini niyə düşünmürlər? Biz öz həyatımızı sürmüşük. Nəyin nə, kimin kim olduğunu bilirik. Cavan nə görüb ki, nə də başa düşsün. O, belə şeylərdən, bu cür tərbiyəsizlikdən nə öyrənəcək. Baxıb görəcək ki, filankəsin arvadı başqası ilə oldu, sonra da əri onu bağışladı. Biz bu cür böyüməmişik axı. Nə avropalıyıq, nə də ki, fransız. Biz türkük. Öz dilimiz, dinimiz, adətimiz var. Nə üçün Milli Məclisdə fahişəliyin qanuniləşməsi müzakirə olunmalıdır? Maviləri, fahişələri qorumaq lazımdır? Milli Məclis Qarabağı azad etmək üçün qərar çıxartsın da. Milli Məclisin məgər başqa işi-gücü yoxdur? Gənclərimizdə vətənpərvərlik hisslərini yüksəltməliyik. Mavilər Azərbaycan bayrağını niyə sinələri üzərində gəzdirməlidirlər? Eyib olsun onlara milləti bu qədər alçaltdıqları üçün. Cavanlarımız bunlardan nə ibrət göstərəcək. Musiqimiz yox, o yox, bu yox., torpağımız yox. Gənclərimiz arasında Mübariz kimi nə qədər oğullarımız var. Cavanlarda vətənpərvərlik hissi oyadılmalıdır, fahişəlik hissi yox. Kiminsə ailəsini gündəmə gətirmək lazım deyil. Bir həftə televiziyalar Musa-Təranə haqda danışdı. Bunları heç müğənni kimi də tanımırlar. Amma bu cür antireklamla gündəmə gəlib, tanındılar. Fahişəliyin qanuniləşməsi, bu cür mənasız xəbərlərin yayılması bizə başucalığı gətirməz. Fahişəliyin leqallaşdırılması haqda qanunun qəbulu bizim sonumuzdur. Musiqi yox, televizor yox, adətimiz də sönükdür. Nə olacaq axırımız? Bunun bir sonu olmalıdır da. Saxlayın, dayanın, ayılın, bəsdirin!" 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31