"Nazpəri məhkəməni udmağını da, oğlumun toyuna dəvət edilməsini də yuxuda görüb"

İlhamə Nazpərini təkzib etdi

Bu gün xalq artist İlhamə Quliyevanın oğlu Orxanın toy mərasimidir. Xalq artist Nazpəri Dostəliyeva Publika.az-a açıqlamasında deyib ki, guya sözügedən toy mərasiminə qarşı tərəfdən dəvət alıb. Amma o, bu dəvəti qəbul etməyib.
İlhamə Quliyeva AzNews.az-a bildirdi ki, bu N.Dostəliyevanın fantasiyasının məhsuludur:
"Mənim onu oğlumun toyuna dəvət etməyim onun fantaziyasının məhsuludur. Toya dəvət edilənlərə dəvətnamə təqdim olunub. Nazpəri Dostəliyevada mənim oğlumun toy dəvətnaməsi varsa, bunu ictimaiyyətə təqdim etsin. Ümumiyyətlə, hər kəs bilsin ki, mənim üçün Nazpəri Dostəliyeva yoxdur. Onun varlığını unutmuşam. Bu açıqlamanı eşidəndə ağlıma ilk gələn bir atalar sözü oldu. Yaxşı deyiblər "Ac toyuq yuxusunda darı görər". Yəqin Nazpəri məhkəməni udmağını da, oğlumun toyuna dəvət edilməsini də yuxuda görüb. O, həmişə mənim məclislərimdə iştirak etməyə, mənə yaxın olmağa çalışıb. Amma arzuları ürəyində qalıb. Ona ALLAHdan səbr diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31