“Gangnam Style” ifaçısına dövlət televiziyasından qadağa VIDEO
19 Aprel 2013 20:50 Mədəniyyət"Gangnam Style" mahnısı ilə məşhurlaşan cənubi koreyalı müğənni PSYnin yeni klipi dövlət televiziyasında göstərilməyəcək. Lent. az-ın məlumatına görə, buna səbəb ifaçının klipində ictimai əmlaka zərər vurulduğunu göstərən süjetlərin olmasıdır. Daha bir səbəb isə müğənninin klipində yol hərəkət nişanını təpikləyərək rəqs etməsidir.
Tleviziya rəhbərliyi isə məsələyə bu cür şərh verib: "Keçmişdə də buna bənzər kliplərin yayımına qadağa qoymuşduq".
Qeyd edək ki, 35 yaşlı müğənninin klipi, video paylaşma saytlarında 24 saatda 20 milyon dəfə izlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31