Gülben Ergen qaş düzəldərkən...
Türkiyə estradasının məşhur müğənnisi Gülber Ergen qaşını aldırarkən çəkilən şəkli İnstiqramda izləyiciləri tərəfindən etirazla qarşılanıb
19 Aprel 2013 17:05 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hər an bir-birindən fərqli yerlərdə, müxtəlif pozlarda çəkdirdiyi şəkillərlə böyük marağa səbəb olan Ergenin növbəti addımı isə uğursuz olub. Belə ki, müğənni qaşını aldırarkən çəkilən şəkilləri İnstiqramda təqibçiləri də müsbət qarşılanmayıb. Kimisi şəklin altında "hər yerdə, hər vəziyyətdə şəklinizi gördük. Lap bu qədər də yox da", kimisi isə "mənasız bir şəkil", "Türkiyə sənətçilərinin düşdüyü duruma bir bax" kimi fikirlər yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31