Keyt Upton özgə qadın rolunu canlandıracaq
Amerikalı aktrisa Keyt Upton çəkiləcəyi “The Other Woman” (“Özgə qadın”) filmində evli kişinin sevgilsi rolunu canlandıracaq
19 Aprel 2013 15:57 Mədəniyyət"OLAYLAR"ın ingilis dilli mediaya istinadən verdiyi məlumata görə, aktrisa filmdə öncə evli kişi ilə gəzərək, onunla macəra dolu həyat keçirəcək. Daha sonra bir xanımı digəri ilə aldadan kişiyə qarşı onun gəzdiyi üç qadın birləşərək birgə mübarizə aparacaqlar. Ekran əsərində aktrisanın tərəf müqabili isə "Game of Thrones" filmi ilə böyük rəğbət qazanan Nikolay Cosder Valdau olacaq. Bundan başqa xəyanətkar kişi haqda çəkilən filmdə məşhur aktrisa Kameron Diaz və Lesliy Mann da rol alacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31