Sabir şeirlərinin bədii qiraət müsabiqəsi keçirilir

Söz Azadlığını Müdafiə Fondu ilə Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyası birgə təşkilatçılığı və millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə  Şamaxı şəhərində Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş üçüncü bədii qiraət  müsabiqəsi keçiriləcək. "OLAYLAR"-a daxil olan məlumata görə,  müsabiqəyə aprelin 20-dən etibarən start verilir. İki mərhələdə keçiriləcək müsabiqəyə M.Ə.Sabirin doğum günü  ərəfəsində yekun vurulacaq. Müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, görkəmli şairin  yaradıcılığının tədris prosessində təbliginə metodiki dəstək vermək, tədris prosessində fəal  şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirməkdir. Qaliblərə Şamaxının millət vəkili Elxan Süleymanovun  təsis etdiyi təqaüd və Fəxri fərmanlar  veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31