Təranə Qumral: "Bu söhbətlərin günahkarı Cabbardır"

Bu gün ATV telekanalında yayımlanan "Gün keçir" verilişinə qonaq olan müğənni Təranə Qumral yeni açıqlamalar verib. Axşam.az-ın məlumatına görə, o, yayılan məlum söz-söhbətlərdə Musanın ailəsini günahlandırıb: 
"Bizim paxıllığımızı çəkirlər. Bu söhbətdən sonra dostumu, düşmənimi tanıdım. Musanın telefonu məndə idi. İllərlə dostluq etdiyim insanlar ona elə mesajlar yazırdılar ki... Onların hamısı ilə görüşüb danışacam. Musanın adından yalan xəbərlər çıxardırlar, aramızı vurmağa çalışdılar. Amma alınmadı. Biz bir-birimizi sevirik. Hər an ətrafımdakı insanlardan zərbə gözləyirəm. Amma bu qədər böyük şər ağlıma gəlməmişdi. Düzdür, Musa müsahibə verib, amma bu sözləri deməyib. Mən Musaya bütün sevgimi vermişəm. Biz boşansaq da, bir yerdəyik. Boşanmağımıza səbəb Musanın borcları idi. Bütün var-dövləti mənim adıma keçirtdik ki, borc sahibləri Musadan nəsə tələb etməsin. Musanın ailəsi məni heç vaxt istəməyib. Elə bu söhbətlərin çıxmasının günahkarı da qardaşı Cabbardır".
Telefonla canlı yayıma qoşulan Musa Musayev isə xəbərləri bir daha yalanlayıb: "Bizim sevgimiz əbədi olaraq qalacaq. Boşansaq da, dost kimi yaşayırıq. Təranədən sonra mən heç bir xanımı sevə bilmərəm. Hər kəsdən üzr istəyirəm. Mənim üçün göydə Allah, yerdə Təranədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31