Gövhər Həsənzadə: "Onun adını çəkəndə meymun yadıma düşür"

Milli.Az simsar-a "Dodaqqaçdı" rubrikasında qonağı olan tanınmış bəstəkar Gövhər Həsənzadənin müsahibəsini təqdim edir.
Sual 1. Deyirlər həyat bir mübarizədir. Həyatın enişli-yoxuşlu yollarında daim qalib gəlmisiniz, yoxsa büdrədiyiniz vaxtlar da olmuşdur?
- Büdrəyə-büdrəyə gedirəm hələ.
Sual 2. Başqa bir deyim də var. Deyirlər, həyat bir pəncərədir. O pəncərədən baxanda dumanlı, yoxsa günəşli mənzərə ilə qarşılaşırsınız?
- Pəncərəm dumanlı olur.
Sual 3. Həyatın qəribəliklərlə dolu olmağını qəbul edirsiniz?
- Qəbul edirəm, həyat özü elə bir qəribəlikdir də...
Sual 4. İnsanlardan usanıb, hər şeyə yox deyərkən, içinizdəki "mən"lə söhbət edirsinizmi? O "mən" sizə nə deyir?
- İçimdəki mən artıq üzə çıxıb. O qədər o "məni" eşitməmişəm ki, artıq özü çıxıb.
Sual 5. Xoşbəxtsiniz, deyilmi?
- Çox xoşbəxtəm.
Sual 6. İtin hürdüyü, karvanın keçdiyi bir zamanda, it hürən tərəfə gedərsiniz, yoxsa işıq gələn tərəfə?
- İt hürən tərəfə gedəcəm, itlərlə aram yaxşıdır.
Sual 7. Gözlərinizdə kədər görürəm, o kədər eşqdən olmasın?
- Eşqdən başqa hər şeydəndir.
Sual 8. Sevincinizə kədərlənənlər çox olub, ya kədərinizə sevinənlər?
- Sevincimə kədərlənənlər keyfiyyətcə çox, kəmiyyətcə azdır.
Sual 9. Deyim var: yağışı mənə anlatma, yağ. Həyatınızda yağışı anladanlar çox olub, yoxsa yağanlar?
- Hələ ki mənə heç nəyi axıracan anlada bilməyiblər, yağırlar, dedim axı, pəncərəm dumandır...
Sual 10. Gecənin qaranlığından doğan zülmətin sükutunun səsini eşitmisiniz?
- Gecəni çox sevirəm, həmişə sükutu eşidirəm, sükutu eşitmək yaxşıdır.
Sual 11. Deyirlər, musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat insan təfəkkürünün musiqisidir. Hisslərinizdə və təfəkkürünüzdə riyaziyyatın hansı rolu var?
- Hesablamanı sevmirəm.
Sual 12. Axar suya bənzədilən gəncliyiniz öz çuxurunu tapmışdır?
- Yox, mənin axırım okeana gedir.
Sual 13. Təkamül nəzəriyyəsini bir zəncirə bənzədən Darvin sizcə, zəncirin əvvəlini yaddan çıxartmamışdır ki?
- Darvin deyəndə meymun yadıma düşür, ona görə də onun sübutlarını şübhə altına alıram.
Sual 14. Sübhün şəfəqi ilə nura boyanan günlərinizdən razısınızmı?
- Yox, amma sualı axıracan başa düşmədim, qoy elə cavab - "yox" olsun, elə günlərim olanda razı olacam.
Sual 15.. Gələcək necə gələcək?
- Gələcək artıq gedir, sadəcə o gələcəyin axırına çatmaq lazımdır, biz çatmayaçağıq o gələcəyə.
Sual 16. Dənizə düşən damlanın dənizəm deməyə haqqı var, bəs sizin nə deməyə haqqınız var?
- Azərbaycanın layiqli vətəndaşı adına iddialı olmağa haqqım var. Yəni bu adı qazanmışam.
-Sual 17. Dünyanı gözəllik xilas edəcək deyənlər, sizcə, şişirdilmiş boyalı dodaqları, saralmış saçları, yoxsa gödəlmiş ətəkləri nəzərdə tuturlar?
- Burada zövqün gözəlliyindən söhbət gedir.
Sual 19. Sonun başlanğıcına inanırsınızmı?
- Yox, inanmıram, son mənim üçün sondur, heç nəyi təzədən başlamıram.
Sual 20. Suallarımız sizi sıxmadı?
-Yox, qurtardı ki?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31