3-cü İpək Yolu İşçi Qrupu Toplantısı keçiriləcək
19 Aprel 2013 15:17 Mədəniyyət22-23 aprel tarixində Bakıda Ümumdünya Turizm Təşkilatının III BMÜTT İpək Yolu İşçi Qrupu Toplantısı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə,
İpək Yolu üzərində davamlı turizmin inkişafının dəstəklənməsi və BMÜTT-nin İpək Yolu təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə keçiriləcək tədbir "Hyatt Regency" mehmanxanasında təşkil olunacaq.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMÜTT-nin icraçı direktoru Zoltan Somogi, həmçinin, BMÜTT, YUNESCO, Turizm Bələdçiləri Assosiasiyalarının Ümumdünya Federasiyası (WFTGA), iştirakçı ölkələr və Azərbaycandan olan nümayəndələrin iştirakı gözlənilir.
Tədbirdə 2013-cü il üçün İpək Yolu üzrə xüsusi turizm layihəsi təqdim olunacaq, layihənin planı, qısa və uzunmüddətli perspektivləri, iştirakçı ölkələrin maraqları, onlar üçün layihənin faydaları və s. məsələlər müzakirə olunacaq. ("OLAYLAR"İA)