22 apreldə Ənvər Məmmədxanlı anılacaq
19 Aprel 2013 15:16 Mədəniyyət22 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsi haqqında" 6 fevral 2013-cü il tarixli, 2701 nömrəli Sərəncamının icrasına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, Xalq yazıçısı, istedadlı nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Məmmədxanlının 100 illik yubiley tədbiri keçiriləcək.
Bir çox tanınmış dövlət, elm, mədəniyyət və incəsənət xadimlərinin, ədəbiyyatsevərlərin iştirak edəcəyi mərasimdə böyük ədibin çoxşaxəli yaradıcılığı ilə bağlı çıxışlar olacaq, ssenari yazdığı filmlərdən parçalar nümayiş etdiriləcək, incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunacaq. ("OLAYLAR"İA)