Samir Bağırov barədə təzə şayiə yayıldı

İfaçı bir daha səhnəyə qayıtmayacaq?

Bir müddətdir mediada görünməyən estradamızın ekstravaqant müğənnisi Samir Bağırov haqqında yayılan "bir daha səhnəyə qayıtmayacaq" xəbərlərinə aydınlıq gətirib. "Qafqazinfo"ya açıqlamasında ifaçı bu məsələni belə şərh edib:
"Mən səhnəsiz yaşaya bilmərəm. Bunlar hamısı şayiədir. Səhnədən gedən olsaydım, Azərbaycanda niyə qalırdım? Gedərdim Amerikaya, anamın yanına. Mən burdayam və hər şey yaxşdır. Bəzi işlərim var idi, ona görə görünmürdüm. Qabaqcada danışamq istəmirəm. Mən necə qayıdacağım haqqında da nəsə demək stəmirəm, amma nəyin necə olacağını zamanı gələndə görəcəklər. Boş şayiələrə heç kim inanmasın. Mən səhnəyə yalnız solo ifamla qayıdaram. Heç kimlə duet oxumaq fikrim yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31