Aşıq Zülfiyyə həyat yoldaşından boşandı? VIDEO

"Deyir sənətdə olan bu insanlarla yola gedə bilmirəm". Hər həftə Lider TV-nin efirində maraqla izlənən rejissoru Aynurə Tahirqızı, aparıcısı Zaur Nəbioğlu, montajoru Əskər Ağayev olan "Rəngarəng" verilişinin qonağı bu dəfə aşıq Zülfiyyə oldu. Aşığın evindən başlanan çəkiliş daha sonra bir neçə məkanda davam etdi.
Çəkiliş zamanı artıq bir neçə aydır aralarında soyuqluq olan 2 aşıq - Telli və Əli bu soyuqluğu unudub bir yerdə həm verilişin qonağı barədə danışdılar, həm də tamaşaçıların zövqünü oxşayacaq aşıq mahnıları ifa etdilər. Daha maraqlı bir nüans isə evdə çəkiliş zamanı baş verdi. Aşıq Zülfiyyə oğlu ilə birgə oxuyub və hətta oxuduğu mahnı vasitəsi ilə oğlundan onu tezliklə qaynana etməyini xahiş etdi.
Verilişin yaradıcı heyəti bu buraxılışda da digər buraxılışlarda olduğu kimi fərqlilik etdi. Bu fərqlilik isə son zamanlar dəvət olunduğu verilişlərin əksəriyyətinə çəkilməkdən imtina edən saz sənətinin böyük sənətkarı Ədalət Nəsibovun çəkilməsi və Dədə Ədalətin heç vaxt öz sazından başqa digər sazda ifa etməməsinə baxmayaraq ilk dəfə olaraq bu adətini pozması oldu. Aşıq Zülfiyyə barədə danışanlardan biri də Nazpəri Dostəliyeva oldu. Səhhətində yaranan azacıq problemə baxmayaraq xalq artisti aşıq barədə çox maraqlı açıqlamalar etdi. Verilişin aparıcısı Zaur Nəbioğlunun aşıq Zülfiyyəyə şəxsi həyatı ilə bağlı verdiyi suallar onun barəsində çox maraqlı faktları üzə çıxartdı.
"Həyat yoldaşım qaynanama deyib ki, sənətdə olan adamla yola gedə bilmirəm" açıqlamasını verən aşıq Zülfiyyə daha nələri danışdı? Görəsən, aşıq həyat yoldaşından ayrıldı? Zülfiyyənin şəxsi həyatında hansı təlatümlar qopur? Bu və digər suallara cavab tapmaq üçünsə adı kimi özü də rəngarəng olan "Rəngarəng" verilişinin 19 aprel saat 21:00 buraxılışına Lider TV-də mütləq baxmağınız gərəkdir.

Xatırladaq ki, verilişin informasiya dəstəyi Milli.Az-dır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31