Təranə Qumral xalqı aldatdı
Barışıq xəbəri yalan çıxıb
18 Aprel 2013 19:48 MədəniyyətHal-hazırda Azərbaycanın ən "qlobal" hadisəsi olan Təranə Qumral-Musa Musayev qalmaqalından təzə xəbər var. ANS PRESS-in məlumatına görə, cütlüyün barışıq xəbəri yalan imiş. Bəli, Təranə Musanı aldatdığı kimi 9 milyon əhalini də aldada bildi. T.Qumralın "Biz barışdıq və gecəni Musa ilə birlikdə keçirdik" açıqlamasından sonra camaat dərindən nəfəs alıb yenicə sakitləşmişdi ki, xəbərin yalan olduğu bəlli oldu. Sən demə, Azərbaycanın Bred Piti ilə Ancelina Colisi hələ də küsülü imiş.
Yəni Musa son 3 ildə olduğu kimi hələ də bağ evində gecələyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31