Rəmiş: "Əməkdar artist adına görə 30 manat təqaüd alıram"
18 Aprel 2013 19:52 MədəniyyətAzərbaycanın əməkdar artisti gitara ustası Rəmiş aldığı təqaüddən söz açıb. O, əməkdar artist adını daşıdığına görə, utandığını da etiraf edib. SİA-ya açıqlama verən gitara ustası zamanla hər şeyin yaxşı olacağına ümid edib: "Dövlətimizin mənə verdiyi əməkdar artisti adını görə 30 manat təqaüd alıram. Amma siz bilirsiniz ki, bu maddi gəlirlə yaşamaq olmaz. Odur ki, el şənliklərində iştirak edərək pul qazanıram. Amma ümid edirəm ki, hər şey zamanla həll olunacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31